Bakıda ev yanıb

08:51 - 3 Dekabr 2022 - HADİSƏ

Bakı şəhərinin Nizami rayonunda ev yanıb.

Ucnoqta.az xəbər verir ki, ümumi sahəsi 110 m² olan birmərtəbəli 2 otaqlı evin 1 otağının tavanı və dam örtüyünün yanar konstruksiyaları 18 m² sahədə, bitişik ümumi sahəsi 45 m² olan birmərtəbəli evin 1 ədəd pəncərə çərçivəsi yanıb.

Nazirliyin yaydığı məlumata əsasən yanğın zamanı yanğınsöndürənlər tərəfindən tüstü dolmuş evdən 2 nəfər təhlükəsiz əraziyə təxliyə olunub.

Hər iki evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər xətti