DTX Naxçıvan gömrüyündə yeni əməliyyat keçirib?

17:37 - 2 Dekabr 2022 - ÖLKƏ İÇİ

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İranla sərhəddəki gömrük idarələrindən birində əməliyyat keçirməsinə dair yayılan məlumatlar həqiqəti əks etdirmir.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, DTX-nin bu gün İranla sərhəddə yerləşən gömrük idarələrinin birində əməliyyat keçirməsinə və idarənin rəisi, həmçinin digər əməkdaşlarının saxlanıb istintaqa cəlb edilməsi ilə bağlı məlumatlar doğru deyil.

16:12

Dövlət Təhlükəsizliyi Xidmətinin Naxçıvan Gömrük İdarəsində keçirdiyi əməliyyat davam edir.

Bununla bağlı Axar.az məlumat yayıb.

Onun sözlərinə görə, İranla sərhəddəki gömrük idarələrindən birinin rəisi və əməkdaşları saxlanılıb və istintaqa cəlb ediliblər.

Qeyd edək ki, DTX-nin Naxçıvan Gömrük Komitəsində apardığı əməliyyat zamanı ilk olaraq 132 milyon manatlıq korrupsiya faktı ortaya çıxmışdı. Bundan sonra Prezidentin sərəncamı ilə Naxçıvan Gömrük Komitəsi ləğv edildi və onun bazasında DGK-nın Naxçıvan Baş İdarəsi yaradıldı.

Xəbər xətti