Dekabrın 1-dən temperaturun iqlim normasında 2-3 dərəcə aşağı enməsi müşahidə edilib.
Ucnoqta.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva "Ekspert saatı"nda deyib.
O bildirib ki, son 20 ildə dekabr ayı üzrə ən aşağı temperatur 2002-ci ildə qeydə alınıb:
"Müşahidələrə görə son 21 il ən soyuq dekabr ayı 2002-ci ildə qeydə alınıb. Orta aylıq temperatur iqlim normasından 5 dərəcə aşağı olub. Bakıda 5 dərəcə şaxta qeydə alınıb, qar örtüyünün hündürlüyü 50 sm-ə çatıb. Naxçıvanda isə 30 dərəcə şaxta olub. Ümumilikdə, düşən yağıntının miqdarı iqlim normasını 6 dəfədən çox aşıb”.