Direktor işəqəbulunun müsahibə mərhələsi keçiriləcək

16:01 - 2 Dekabr 2022 - Cəmiyyət

Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrində vakant olan direktor və direktor müavinləri vəzifələri üzrə işəqəbul müsabiqəsində uğur qazanan namizədlər üçün müsahibə mərhələsi keçiriləcək.

Ucnoqta.az xəbər verir ki, müsahibələrin 05-20 dekabr tarixləri aralığında Şəki-Zaqatala Regional Təhsil İdarəsinin inzibati binasında keçiriləcək.
Müsabiqədə uğur qazanmış namizədlərin əlaqə nömrələrinə bu barədə SMS bildirişi göndəriləcək.

Ruhəngiz
 

Xəbər xətti