Türkiyənin Qara dəniz sahilində yerləşən Samsun limanında neft tankeri partlayıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə CNN Türk məlumat yayıb. Nəşrin məlumatına görə, saat 11:15-də liman gəmilərində işlənmiş neftin saxlandığı yanacaq çənlərindən birinin qızması səbəbindən baş verib. Partlayışdan sonra yanğın başlayıb və artıq söndürülüb.
Fövqəladə hallar xidməti hadisə nəticəsində xəsarət alan olmadığını bildirib.
Emin