“Azərbaycan Laçın yolunda öz postunu yaratmalıdır”

13:10 - 2 Dekabr 2022 - Xəbər

“Azərbaycan Laçın yolunda öz postunu yaratmalıdır”.

Belə bir təkliflə Mili Məclisdə deputat Fəzail Ağamalı çıxış edib.

“Qarabağda bu gün fəaliyyət göstərən sülhməramlı qüvvələr, onun komandanı elə bir cəsarət sahibi deyil ki, özbaşına hərəkət etsin. O, bütün təlimatları Rusiyanın hərbi-siyasi rəhbərliyindən alır. Azərbaycanın təbii sərvətləri daşınır, onun əvəzində isə Azərbaycana (Qarabağa-red.) silahlar gəlir. Bunu edənlər kimdir? Erməni separatçıları, erməni faşistləri. Bunu himayə edənlər kimlərdir? Azərbaycanın ərazisində müvəqqəti fəaliyyət göstərən sülhməramlı qüvvələr. Əslində onlar sülhməramlı deyil, onlar erməniyanlı, ermənipərəst qüvvələrdir. Biz heç bir tərəddüd etmədən Laçın dəhlizində öz nəzarət postumuzu yaratmalıyıq. Mətbuatdan bəlli olur ki, İrandan dünən şəxsiyyəti, əməli, niyyəti bəlli olmayan 14 nəfər gəlib Xankəndinə. Ehtimallar var ki, bunlar İranın xüsusi xidmət orqanlarının əməkdaşlarıdır. Bunlar nəyə görə gəliblər?”///qafqazinfo

Xəbər xətti