Yeniyetmə qız sobanı yandırmaq istədi, partlayış baş verdi

12:56 - 2 Dekabr 2022 - HADİSƏ

Ağdaş rayonunun Yuxarı Nemətabad kəndində partlayış hadisəsi baş verib.

“Kriminalqafqaz” xəbər verir ki, kənd sakini, 16 yaşlı R.Bağırova yaşadığı evdə qaz sobasını yandırarkən partlayış baş verib. Üz nahiyəsindən yanıq xəsarəti alan qız xəstəxanaya çatdırılıb və tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Faktla bağlı Ağdaş Rayon Polis Şöbəsində araşdırma aparılır.

 

Xəbər xətti