Metroda 2 nəfərin telefonunu oğurlayan şəxs saxlanıldı

11:51 - 2 Dekabr 2022 - HADİSƏ

Metroda 2 nəfərin telefonunu oğurlayan şəxs saxlanılıb.

Bu barədə Ucnoqta.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Metropolitendə Polis Şöbəsinə metro stansiyalarında 2 sərnişinin mobil telefonlarının qeyri-aşkar şəraitdə oğurlanması barədə məlumatlar daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməllərini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Təbriz Qarayusifli müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

 

Xəbər xətti