Qadınların NƏZƏRİNƏ! - Bu güzəştlərdən xəbəriniz var?

11:22 - 2 Dekabr 2022 - Cəmiyyət

Azərbaycanda hamilə və azyaşlı övladı olan qadınların işlədiyi müddətdə qanunvericiliklə bir sıra güzəştlər nəzərdə tutulub.

Ucnoqta.az-ın baku.ws-yə istinadən məlumatına görə, əmək qanunvericiliyi hamilə və azyaşlı övladı olan qadınların ixtisara salınmasını əngəlləyir. Həmin qadınların işdən çıxarılması isə qadağandır.

Digər tərəfdən attestasiyadan keçən zaman onlara üstünlük hüququ verilir.

Hamilə və himayəsində azyaşlı övladı böyüyən qadınlar cinayət törətdiyi təqdirdə həmin cəza təxirə salına bilər. İnzibati xətalar pozuntusu zamanı həmin qadınlar ictimai işlərə və həbsə cəlb edilmir.

 

Xəbər xətti