Bakıda restoranda yanğın olub

09:14 - 2 Dekabr 2022 - HADİSƏ

Bakı şəhərinin Nəsimi rayonunda beşmərtəbəli yaşayış binasının birinci mərtəbəsində ümumi sahəsi 180 m² olan obyektin (restoran kimi fəaliyyət göstərir) mətbəxində 1 ədəd fri aparatı yanıb.

Fövqəladə Hallar Nazirliyindən Ucnoqta.az-a verilən məlumata görə, obyekt yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər xətti