Yevlaxda iki yük maşını toqquşdu - FOTO

18:42 - 1 Dekabr 2022 - HADİSƏ

Yevlax rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Aran qəsəbəsində qeydə alınıb.

Hərəkətdə olan iki "Kamaz" markalı yük maşını qəza törədib.

Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobillər yararsız vəziyyətə düşüb.

Faktla bağlı araşdırma aparılır.///qafqazinfo


Xəbər xətti