Göygöldə 73 yaşlı kişi intihar etdi

17:40 - 1 Dekabr 2022 - HADİSƏ

Göygöl rayonunda intihar hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə rayonun Balçılı kəndində qeydə alınıb.

1949-cu il təvəllüdlü Murtuz Abbasov yaşadığı evdə özünü asaraq intihar edib. Onun meyiti yaxınları tərəfindən asılmış vəziyyətdə tapılıb.

Məlumata görə, Murtuz Abbasov şəkərli diabet xəstəliyindən əziyyət çəkirmiş.

Faktla bağlı araşdırma aparılır.

 

Xəbər xətti