Operativ Qərargahdan vaksin olunanlarla bağlı MƏLUMAT - FOTO

16:36 - 1 Dekabr 2022 - ÖLKƏ İÇİ

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 406 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Ucnoqta.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 91, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 83, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 191, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 41 nəfərdir.


Xəbər xətti