Cənubi Qafqaza səfəri çərçivəsində ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Filip Riker Tbilisidə Gürcüstanın baş naziri İrakli Qaribaşvili ilə görüşüb.
Ucnoqta.az xəbər verir ki, görüş zamanı Cənubi Qafqazda təhlükəsizlik vəziyyəti və Gürcüstanın Azərbaycan ilə Ermənistan arasında vasitəçilik roluna toxunulub. Bu barədə Gürcüstanın baş nazirinin mətbuat xidməti məlumat yayıb.
Qaribaşvilinin fikrincə, danışıqlar istənilən münaqişənin həllinin yeganə yoludur.
Rikour qeyd edib ki, “Baş nazir İrakli Qaribaşvili məhbusların azad edilməsində və döyüş bölgələrindəki mina sahələri haqqında məlumatların verilməsində əvəzsiz rol oynayıb. Gürcüstan regional təhlükəsizliyə töhfə verməyə davam edir...”
Pünhan