Hulusi Akar ABŞ müdafiə naziri ilə telefonla danışıb

11:55 - 1 Dekabr 2022 - DÜNYA

Türkiyə terror təşkilatı PKK/YPG-nin hədəflərini vurarkən, digər tərəfdən ABŞ və Rusiya ilə masa arxasında diplomatik danışıqları davam etdirir.

Ucnoqta.az xəbər verir ki, Türkiyənin müdafiə naziri Hulusi Akar ABŞ müdafiə naziri Ostin ilə telefonla danışıb. Akar Türkiyənin terrorla mübarizə əməliyyatlarında yeganə hədəfin terrorçular olduğunu, koalisiya qüvvələrinə və ya mülki vətəndaşlara zərər vurmağın söz mövzusu olmadığını vurğulayıb.

Bu arada bildirilib ki,  quru əməliyyatı üçün hazırlıq işləri də yekunlaşıb. İlk hədəf Fərat çayının qərbi. Menbicin Tel Rıfat bölgəsi, PKK/YPG terror təşkilatının mərkəzi olan Ayn əl-Ərəbin olacaq. Artıq ABŞ-ın Suriyanın şimal və şərqindən diplomatlar da daxil olmaqla mülki personalını Ərbilə geri çəkdiyi iddia edilir.

Emin

Xəbər xətti