Ceyhun Bayramov Moskvada Lavrovla görüşəcək

16:39 - 30 Noyabr 2022 - SİYASƏT

"Dekabrın 5-də Azərbaycan və Rusiya xarici işlər nazirlərinin Moskvada görüşü keçiriləcək".

Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

Onun sözlərinə görə, Rusiyaya işgüzar səfər edəcək Azərbaycan XİN başçısı Ceyhun Bayramov dekabrın 5-də Moskvada Rusiya XİN başçısı Sergey Lavrovla görüşəcək.

“Nazirlər 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli və 31 oktyabr 2022-ci il üçtərəfli razılaşmalarının həyata keçirilməsi məsələsini də müzakirə edəcəklər”, - Mariya qeyd edib.

Xəbər xətti