PKK-nın daha bir əsas siması məhv edilib

11:43 - 30 Noyabr 2022 - DÜNYA

PKK-nın kəşfiyyat idarəçisi Fatma Onuru İraqın şimalında məhv edilib

Ucnoqta.az xəbər verir ki, Fatma Onur Türkiyənin Milli İstihbarat Təşkilatının Sincarda həyata keçirdiyi əməliyyatla zərərsizləşdirib.

1990-cı illərdə İngiltərədən PKK terror təşkilatına qoşulan Fatma Onur uzun illər təşkilatın silahlı qanadında xidmət edib. Fatma Onur İraqın Süleymaniyyə bölgəsində və kənd yerlərində təhlükəsizlik qüvvələrinə qarşı bir çox aksiyalarda iştirak edib.

Təhlükəsizlik qüvvələrinə qarşı fəaliyyətindən sonra MİT-in nəzarət siyahısında olan Kinda Maraş kod adlı Fatma Onuru MİT agentlərindən ibarət xüsusi qrup izləyib. Xüsusi qrup onun Qəndildən gizli missiya ilə Sincara göndərildiyini  öyrənib.

MİT Sincardakı sahə agentləri vasitəsilə Fatma Onurun avtomobilini və yerini müəyyən edib.  Bundan sonra nöqtə əməliyyatı ilə Fatma Onuru zərərsizləşdirilib.

Pünhan

Xəbər xətti