Evə basqın edib qətl törədən şəxs axtarılır

22:49 - 29 Noyabr 2022 - Cəmiyyət

Xəzər rayonunda yerləşən evlərdən birində ölən və xəsarət alanların olması ilə bağlı prokurorluğa məlumat daxil olub.

Baş Prokurorluğun Mətbuat Xidmətindən Ucnoqta.az-ın sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.
Hazırda hadisəni törədən şəxs və ya şəxslərin tutularaq istintaqa cəlb edilməsi ilə bağlı işlər aparılır.

Xəbər xətti