Bakıda bir ailənin dörd üzvü evdə bıçaqlandı - ölən var

22:15 - 29 Noyabr 2022 - HADİSƏ

Noyabrın 29-da saat 20 radələrində paytaxtın Xəzər rayonu, Buzovna qəsəbəsində rayon sakinləri - 1939-cu il təvəllüdlü Elbrus Muradovun bıçaq xəsarətlərindən ölməsi, həyat yoldaşı, 1945-ci il təvəllüdlü Şahirə Muradovanın oğlu 1971-cil il təvəllüdlü Rahil Muradovun, və nəvəsi 1997-ci il təvəllüdlü Elbrus Ağalarovun xəsarət alması ilə bağlı polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, xəsarət alan şəxslər xəstəxanaya çatdırılıb.

Polis əməkdaşları tərəfindən cinayəti törətməkdə şübhəli bilinən şəxsin, yaxud şəxslərin müəyyən olunub saxlanılması istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri görülür.

Xəbər xətti