İran - ABŞ oyununda Azərbaycan bayrağı - FOTO

21:23 - 29 Noyabr 2022 - Xəbər

Qətərdə təşkil olunan dünya çempionatının qrup mərhələsində 3-cü turu keçirilir.

Ucnoqta.az xəbər verir ki, Bakı vaxtı ilə saat 23:00-da İran və ABŞ milliləri üz-üzə gələcək. Oyunun keçiriləcəyi Qətərin "Əl Thumama" stadionunda azarkeşlər Azərbaycanın üçrəngli bayrağını asıblar. Bayrağın üzərində isə "O tayı da, bu tayı da" qeydi yazılaraq dəstək ifadə olunub.

Qeyd edək ki, bundan əlavə İran millisinin futbolçularının yaxınları DÇ-2022-nin 3-cü turunda ABŞ-la matç öncəsi hakimiyyət tərəfindən təzyiqlərlə üzləşdiyi xəbəri yayılıb.

Xəbər xətti