Xudat şəhərinin Nabran körpüsü adlanan ərazisindən keçən hissəsində iki avtomobil toqquşub, xəsarət alanlar var.
“Report” xəbər verir ki, "VAZ-2107" markalı avtomobil hərəkətdə olan vaxtı "Niva" markalı avtomobilə çırpılıb.
Qəza nəticəsində Xaçmaz rayon sakinləri, 1987-ci il təvəllüdlü Babayev Pərvin Nadir oglu, 1979-cu il təvəllüdlü Rəşidov Natiq Əlisultan oglu və 1977-ci il təvəllüdlü Rəşidov Vahid Əlisultan oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Xəsarət alan şəxslər Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
"VAZ-2107" markalı avtomobildə olan sürücü və sərnişinlər hamısı spirtli içkinin təsiri altında olublar.
Faktla bağlı araşdırma aparılır.