Bakı sakininin 5000 manatlıq telefonu oğurlanıb

14:30 - 29 Noyabr 2022 - HADİSƏ

Bakı sakinin 5000 manatlıq telefonu oğurlanıb.

Ucnoqta.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Nərimanov Rayon Polis İdrəsinin 17-ci Polis Şöbəsinə Bakı şəhər sakini Q.Soltanovun 1000 manatının və 5000 manat dəyərində mobil telefonunun qeyri-aşkar şəraitdə oğurlaması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Qobustan rayon sakini, əvvəllər məhkum olunmuş Şahnəsib Ağayev müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Xəbər xətti