Aprelin 29 -də Sevinc Cəlilova qəza keçirdiyini bildirib.
Ucnoqta.az xəbər verir ki, ağır qəza da keçirən 47 yaşlı Sevinc Cəlilova polisin bu işə etinasız yanaşdığını qeyd edib. Sevinc Cəlilova qəzadan sonra 1 saylı Şəhər Klinik Xəstəxanasına (Semaşko) müraciət etdiyini bildirib. Lakin həkimlər tərəfindən düzgün müayinə olunmadığını deyən Sevinc ayağındakı ağrılarla bağlı xəstəxanaya müraciət etsə də bunun müvəqqəti olacağını deyiblər.
S.Cəlilova Türkiyədə həkimə müraciət edib. Müəyyən olunub ki, Semaşko xəstəxanasında düzgün diaqnoz qoyulmaması səbəbindən ayağı amputasiya edilməsi təhlükəsi ilə üzləşib, yenidən əməliyyat olunmalıdır.