Ukrayna hərbçiləri noyabrın 28-də iki Rusiya təyyarəsini vurub
Ucnoqta.az xəbər verir ki, Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının “Facebook” səhifəsində dərc edilən məlumatda bildirilir. Məlumata görə, son sutka ərzində Ukrayna aviasiyası rusların şəxsi heyəti, silah və hərbi texnikasının cəmləşdiyi ərazilərə üç zərbə endirib. Rusiyanın Su-25 və Su-24 təyyarələri vurulub.
Ukrayna Baş Qərargahının məlumatına görə, ruslar Liman istiqamətində hücum əməliyyatları, Zaporojye istiqamətində müdafiə əməliyyatları aparır.
Baş Qərargah həmçinin qeyd edir ki, Rusiyanın bütün Ukrayna ərazisində kritik infrastruktur obyektlərinə raket zərbələri endirmək təhlükəsi qalmaqdadır.