Böyük Britaniyaya Zəngəzur dəhlizi lazımdır - Stepan Danielyan

11:54 - 29 Noyabr 2022 - Cəmiyyət

Fransa Azərbaycandan hər hansı bir mədən əldə etməyənədək sakitləşməyəcək. Rusiya da öz maraqlarını rəhbər tutur, bu da təbiidir, amma indi məğlubiyyət mərhələsindədir.

Ucnoqta.az xəbər verir ki, bu barədə politoloq Stepan Danielyan Facebook səhifəsində yazıb. Onun sözlərinə görə, “British Petroleum” Azərbaycana 80 milyard dollara yaxın sərmayə qoyub.

“Azərbaycanın digər sektorlarına da on milyardlarla investisiyalar yatırıb. Buna Mərkəzi Asiyaya, o cümlədən enerji sahəsinə on milyardlarla dollarlıq Britaniya sərmayəsi də əlavə edilməlidir və bunun üçün Böyük Britaniyanın türk dünyasını iqtisadi cəhətdən birləşdirəcək Rusiya və İrabdan yan keçəcək  Zəngəzur dəhlizinə ehtiyacı var.

Onu da nəzərə alaq ki, 2020-ci il müharibəsindən sonra, noyabr ayında Türkiyəyə 18 milyard, eləcə də hərbi sektora 100 milyon əlavə sərmayə qoyulmuşdur. Bu, müharibənin geosiyasi səbəblərindən sadəcə biridir. Digər məqamları isə bir kənara qoyaq.

İndi Fransaya keçək. Fransanın Total şirkəti Azərbaycana 1 milyard, digər sektorlarla birlikdə 3 milyard dollar sərmayə qoyub (Azərbaycanın Fransaya yatırdığı sərmayələr təxminən 6 milyard dollar təşkil edir), həmçinin 2017-ci ildə İrana 4,8 milyard sərmayə qoyub. Trampın İranla nüvə proqramından çıxmasından sonra Fransa özünü qurban hesab edir.

Böyük Britaniya Aİ-dən çıxdıqdan sonra Fransa-Britaniya rəqabəti daha da güclənib və indi Fransa Azərbaycanın enerji resurslarının Avropaya çatdırılmasının qarşısını almaqla Britaniyaya cavab zərbəsi endirmək istəyir. Buna görə də Fransa Senatı fəallaşıb. Fransa Azərbaycanda nəyisə qoparmayana qədər, yəqin ki, sakitləşməyəcək. Rusiya da öz maraqlarını rəhbər tutur, bu da təbiidir, amma indi məğlubiyyət mərhələsindədir.

Burada qeyri-adi heç nə yoxdur, insanlar bizneslə məşğuldurlar, amma bunu həyatı oriyentasiya baxımından qəbul edən kütləyə necə izah etmək olar...” deyə yazıb.

Xəbər xətti