Şirvanda təmir sexi yanıb

08:49 - 29 Noyabr 2022 - HADİSƏ

Şirvan şəhərində avtomobil təmiri sexi yanıb.

Ucnoqta.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, ümumi sahəsi 200 m² olan bir-birinə bitişik beş boksdan ibarət avtomobil təmiri sexinin sahəsi 40 m² olan boksunun dam örtüyünün taxta atmaları 6 m² sahədə, içərisində təmirə dayanan “Mercedes” markalı minik avtomobilinin salonu və mühərrik hissəsi yanıb.

Sexin və avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər xətti