Azərbaycanda zəlzələ oldu

08:23 - 29 Noyabr 2022 - ÖLKƏ İÇİ

Noyabrın 29-da Masallı rayonu ərazisində zəlzələ qeydə alınıb.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Ucnoqta.az-a verilən məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 03:47-də Yardımlı stansiyasından 27 kilometr şərqdə, Masallı rayonunda qeydə alınıb.

Zəlzələ ocağı 9 kilometr dərinlikdə, 3.1 maqnituda olub və hiss olunmayıb.

Xəbər xətti