Hacıqabul rayonu ərazisində yol polisinin xidməti avtomobilinin mühərrikində yanğın baş verib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən xüsusi texniki vasitələrdən istifadə olunmaqla “Mercedes” markalı avtomobildə olan yanğın söndürülüb.
Xəsarət alan yoxdur.
Araşdırma aparılır.