DÇ-2022: Braziliya millisi 1/8 finalda

22:12 - 28 Noyabr 2022 - İDMAN

Bu gün Qətərdə keçirilən futbol üzrə Dünya Çempionatının qrup mərhələsinin növbəti oyunu keçirilib.

Ucnoqta.az xəbər verir ki, G qrupunun II turunda Braziliya və İsveçrə komandaları qarşılaşıb. Kazemironun 83-cü dəqiqədə vurduğu qolla Braziliya millisi 1:0 hesablı qələbə qazanıb.

Beləliklə, Braziliya millisi xallarının sayını 6-ya çatdıraraq "pley-off" mərhələsinə vəsiqəni təmin edib.

Xəbər xətti