“Yol hərəkəti haqqında” qanunda DƏYİŞİKLİK: Sürəti 50 km-dən ...

Azərbaycanda moped idarə etmək üçün sürücülük vəsiqəsi tələb olunacaq.

Ucnoqta.az xəbər verir ki, bu barədə məsələ “Yol hərəkəti haqqında” qanunda dəyişiklikdə əksini tapıb.

Təklif edilən dəyişikliyə əsasən, konstruktiv maksimal sürəti saatda 50 kilometrdən artıq olan bütün nəqliyyat vasitələrinin dövlət qeydiyyatına alınması və dövlət qeydiyyat nişanı ilə təmin edilməsi tələbinin müəyyənləşdirilməsi təklif edilir.

Eyni zamanda, təqdim edilən digər dəyişikliyə əsasən, nəqliyyat vasitəsinin rəngi dəyişdirildikdə onun 10 gün ərzində dövlət qeydiyyatından keçirilərək uçota alınması tələbi də nəzərdə tutulur.

Qeyd edək ki, qanuna dəyişiklik Milli Məclisin noyabrın 29-da keçiriləcək plenar iclasının gündəliyinə daxil edilib.

Tarix
28 Noyabr 2022 [17:10]
Müəllif
Üç nöqtə
2022-11-28 17:10:36
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin