Nazir Şəkidə vətəndaşları qəbul edib

16:01 - 28 Noyabr 2022 - ÖLKƏ İÇİ

Noyabrın 28-də elm və təhsil naziri Emin Əmrullayev Şəki şəhərində Şəki, Oğuz, Qəbələ, Qax, Zaqatala və Balakən rayonlarında qeydiyyatda olan sakinləri qəbul edib.

Ucnoqta.az xəbər verir ki, qəbulda qeyd olunan ərazilərdə müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak ediblər. 

Qəbuldan əvvəl ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb.

Qəbulda vətəndaşlar, əsasən, müəllimlərin işə qəbulu və yerdəyişməsi, həmçinin digər məsələlərlə bağlı müraciətlər ediblər.  

Elm və təhsil naziri qəbula yazılmış vətəndaşları diqqətlə dinləyib, hər bir müraciətin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verib.


Xəbər xətti