Böyük Britaniya Ukraynaya yüksək dəqiqlikli raketlər verdi

22:30 - 27 Noyabr 2022 - DÜNYA

Böyük Britaniya Ukraynaya təkmilləşdirilmiş yüksək dəqiqlikli “Brimstone 2” raketləri verib.

Bildirilib ki, raketlər Britaniyanın Ukrayna ordusuna yardım paketi çərçivəsində təqdim edilib və yüksək dəqiqliklə idarə olunması ilə seçilir.

“Bu yardım Rusiyanın irəliləyişinin qarşısını almaqda həlledici rol oynayıb”, - bəyanatda deyilir.

2016-cı ildə Kral Hərbi Hava Qüvvələrinin xidmətinə daxil olmuş bir “Brimstone 2” raketinin dəyəri təxminən 175 min funt sterlinq (207 min ABŞ dolları) qiymətləndirilir. Təyyarədən buraxılan raketin uçuş məsafəsi 60 km, yer platformalarından buraxıldıqda isə təxminən 12 km-dir.

Xəbər xətti