Rusiyanın Ukraynaya hücumundan bu günə qədər Ukraynaya 4 mindən çox raket atılıb.
Ucnoqta.az xəbər verir ki, Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığının sözçüsü Yuri İqnatın sözlərinə görə, müharibə yeni mərhələyə qədəm qoyur və Ukrayna hava hücumundan müdafiə sistemlərini gücləndirməlidir.
Onun sözlərinə görə, müharibə başladığı gündən Rusiya Ukrayna ərazisinə S-300 və MLRS istisna olmaqla 4 mindən çox raket buraxıb.