Lavrovun Belarusa səfəri ləğv edildi

14:20 - 27 Noyabr 2022 - DÜNYA

Rusiya XİN başçısı Sergey Lavrovun Minskə 27-28 noyabr üçün nəzərdə tutulan səfəri ləğv edilib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.

“26 noyabrda Belarus XİN rəhbəri Vladimir Makeyin gözlənilmədən vəfatına görə Rusiya və Belarus XİN arasında birgə iclas və Sergey Lavrovun Minskə planlaşdırılan səfəri ləğv edilib”, - məlumatda bildirilib.

Xəbər xətti