Çində yenidən koronaya yoluxma artır

13:17 - 27 Noyabr 2022 - DÜNYA

Ötən gün Çində COVID-19-a rekord - 39 791 yeni yoluxma qeydə alınıb. 

Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Milli Səhiyyə Komitəsinin saytında məlumat verilib. Bildirilib ki, yoluxmalar 4 gündür ki, artmağa başlayıb.

Qeyd olunub ki, 3 709 nəfərdə koronavirus əlamətlərinin müşahidə edilsə də, 36 082 nəfərdə xəstəliyin heç bir əlaməti özünü büruzə verməyib. Eyni zamanda virusdan bir ölüm qeydə alınıb. Bununla da Çində koronavirusdan ölənlərin ümumi sayı 5 233 nəfərə çatıb.

Xəbər xətti