Xocavənd, Füzuli, Tərtər və Ağdam ATƏŞƏ TUTULDU

09:38 - 27 Noyabr 2022 - ÖLKƏ İÇİ

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub

Müdafiə Nazirliyindən Ucnoqta.az-a verilən məlumata görə, noyabrın 26-sı saat 22:35-dən noyabrın 27-si saat 08:37-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Ordumuzun Xocavənd, Füzuli, Tərtər və Ağdam rayonları istiqamətlərində yerləşən mövqeləri fasilələrlə atəşə tutulub.

Bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.

Xəbər xətti