Bakıda yaşayış binasında yanğın olub

08:50 - 27 Noyabr 2022 - HADİSƏ

Bakıda yaşayış binasında yanğın olub. Ucnoqta.az Fövqəladə Hallar Nazirlyinə istinadən xəbər verir ki, paytaxtın Qaradağ rayonunda beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 45 m² olan mənzildə 1 ədəd kreslo, 1 ədəd ütü və lambirdən ibarət tavan 5 m² sahədə yanıb. Yanğın zamanı 4 nəfər tüstüdən zəhərlənmə əlamətləri ilə xəstəxanaya aparılıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər xətti