İdmançının qətli ilə bağlı RƏSMİ MƏLUMAT

20:00 - 26 Noyabr 2022 - Xəbər

Təəssüf ki, bu gün “Arifoğlu” cüdo klubunun Şağan Olimpiya İdman Kompleksində təşkil etdiyi cüdo turnirində hər birimizin kədərinə səbəb olan hadisə baş verib. Belə ki, Sumqayıt şəhər sakini Ruslan Səfixanov şəxsi münaqişə zəminində Tural Rüstəmovu bıçaqlayaraq qətlə yetirib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyi məlumat yayıb.

"Hadisə hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.
Gənclər və İdman Nazirliyi gənc idmançı Tural Rüstəmovun ölümündən kədərləndiyini bildirir və mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin!”, - məlumatda deyilir.

Xəbər xətti