Yol qəzasına düşən baş redaktor vəfat etdi

19:30 - 26 Noyabr 2022 - HADİSƏ

Bakı-Şamaxı-Yevlax yolunun Göyçay rayonun Bığır kəndindən keçən hissəsində qeydə alınan ağır yol-nəqliyyat hadisəsi zamanı ağır xəsarət alan baş redaktor vəfat edib.

Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, "Göyçay" qəzetinin baş redaktoru Əliyev Abdulla Hacağa oğlu həkimlərin səyinə baxmayaraq, bu gün dünyasını dəyişib.

Qeyd edək ki, noyabrın 20-də Abdulla Əliyevin idarə etdiyi “Lada” markalı minik avtomobili yük maşını ilə toqquşub.

Qəza nəticəsində Abdulla Əliyev ağır, avtomobildə olan ailə üzvləri isə yüngül dərəcəli bədən xəsarətləri alıblar.

Xəbər xətti