Metropolitendə Polis Şöbəsinə 3 sərnişinin mobil telefonlarının metro stansiyalarında qeyri-aşkar şəraitdə oğurlanması barədə məlumatlar daxil olub.
Ucnoqta.az xəbər verir ki, bu barədə DİN mətbuat xidmətindən bildirilib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməllərini törətməkdə şübhəli bilinən Neftçala rayon sakini, əvvəllər məhkum olunmuş Şahin Baxışov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.