Azərbaycanda 10-cu sinif şagirdi dönərçini bıçaqladı

17:01 - 25 Noyabr 2022 - HADİSƏ

Ucarda rayonunda bıçaqlanma hadisəsi baş verib.

Oxu.Az xəbər verir ki, hadisə şəhərdə yerləşən dönərxanaların birində qeydə alınıb.

Ucar rayon 2 saylı orta məktəbin 10-cu sinif şagirdi Əli adlı dönərçini iş yerində bıçaqlayıb.

Yaralı dərhal Ucar Rayon Mərkəzi xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti