Biləsuvar rayonunda bədbəxt hadisə baş verib.
Nərimankənd sakini, 1962-ci il təvəllüdlü Zərxara Quliyeva yaşadığı evdə yıxılaraq, sınıq xəsarətləri alıb. Xəsarət alan qadın dərhal rayon xəstəxanasına aparılıb. O, xəstəxanada tibbi yardım göstərilən zaman keçinib. İlkin məlumata görə, xəsarət alan 60 yaşlı qadın infarkt keçirərək dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.