Boks üzrə 37 yaşlı dünya çempionu vəfat etdi

11:11 - 25 Noyabr 2022 - HADİSƏ

Yüngül çəkidə WBO üzrə keçmiş dünya çempionu Moises Fuentes 37 yaşında vəfat edib.

Ucnoqta.az xəbər verir ki, müayinə zamanı Fuentesin beynində tromb (qan laxtası) aşkar edilmişdi. O, beyin şişkinliyini azaltmaq üçün komaya salınıb. Bildirildiyinə görə, Moises Fuentes David Cuellara ilə görüşün altıncı raundunda nokautla məğlub olub və başından zərbə alıb. Zərbə çox gücü olub və 13 ay sonra boksçunun ölümü ilə nəticələnib.

Fuentes 2007-ci ildə peşəkar boksçu kimi rinqlərə çıxıb və 2011-ci ilə qədər məğlub olmayıb. Ümumilikdə onun 25 qələbəsi, yeddi məğlubiyyəti var.

Xəbər xətti