Şəki şəhər 8 və 18 nömrəli uşaq bağçaları “Buta” uşaq bağçasının inzibati binasında fəaliyyət göstərəcək.
Ucnoqta.az xəbər verir ki, bu Şəki-Zaqatala Regional Təhsil İdarəsinin və “Buta” uşaq bağçası rəhbərliyinin birgə əməkdaşlığı nəticəsində həyata keçirilib.
Qəbul prosesi www.bq.edu.az saytında Şəki şəhər 8 və 18 nömrəli bağçalarına qəbul üzrə qeydiyyatdan keçərək həyata keçirilir. Onlayn qeydiyyat prosesində çətinlik çəkən valideynlər iş günləri ərzində Şəki rayonu üzrə Təhsil sektoruna yaxınlaşaraq (Ünvan Şəki şəhər 11 nömrəli məktəb-1-ci mərtəbə) ətraflı məlumat və texniki dəstəkdən faydalana bilərlər.
Qeyd edək ki, yerlər məhduddur!
Uşaqların qəbulu prosesində Vətən müharibəsi şəhidlərinin, qazi və müharibə iştirakçılarının övladlarına üstünlük veriləcəkdir.
Əlaqə telefonları: 055-286-39-48; 055-897-13-36