Şəmkirdə qohumuna atəş açan şəxs saxlanılıb

Noyabr ayının 24-də Şəmkir rayon Yenihəyat kənd sakini 1984-cü il təvəllüdlü Nurlan Məhərov şəxsi münasibətlər zəminində qohumu və həmkəndlisi, 1986-cı il təvəllüdlü Elsevər Məsimova xuliqanlıq niyyəti ilə ov tüfəngindən atəş açsa da sonuncu heç bir xəsarət almayıb.

Ucnoqta.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov açıqlamasında bildirib ki, hadisə yerindən yayınan N. Məhərov Şəmkir rayon Polis Şöbəsinin əməkdaşlarının isti izlərlə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində maddi sübutla birlikdə saxlanılaraq istintaqa təhvil verilib.

Fakla bağlı rayon Polis şöbəsində cinayət işi başlanıb araşdırmalar davam etdirilir.

Tarix
24 Noyabr 2022 [19:58]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2022-11-24 19:58:29
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin