Türkiyə Silahlı Qüvvələri Suriyanın Qamışlı bölgəsində YPG/PKK-nın nəzarətində olan neft emalı zavodlarını bombardman edib.
Suriyada quru əməliyyatından əvvəl Türkiyənin neft emalı zavodlarını vurmasında məqsəd nədir?
Ucnoqta.az xəbər verir ki, terror və təhlükəsizlik mütəxəssisi Abdulla Ağar Sabah.com.tr-yə açıqlamasında deyib: "Biz təkcə neft obyektlərini vurmuruq. PKK-nın cəmiyyətə hakim olduğu bölgələrə zərbə vurulur.
Əslində bu, YPG/PKK-nın maraqlarına zərbədir. Bu cür əməliyyatlarda ən mühüm məsələlərdən biri də terror təşkilatının cəmiyyət üzərində qurmuş olduğu iradəni qırmaqdır. Məqsəd xalqın şüurunda əvvəlcə PKK-ya qarşı suallar yaratmaq, sonra qəzəb və nifrət oyatmaq, daha sonra isə etiraz edib onun iradəsini tanımamaqdır”.
Ağar neft emalı zavodlarının vurulması ilə bağlı daha sonra deyib: “Oradakı neft emalı zavodlarından böyük gəlir əldə edirlər. O neftdən həm özləri istifadə edir, həm Əsəd rejiminə, həm də ona-buna satırlar. Bu, böyük gəlirdir. Onlar zavodlarda istehsal etdikləri neft məsullarından döyüş zamanı Türkiyəyə qarşı istifadə edəcəklər. Bu neft emalı zavodları məhv edildikdə zirehli maşınlar nəqliyyat vasitələrini idarə edə bilməyəcəklər”.