“E-köşk” platforması təqdim edildi

14:05 - 24 Noyabr 2022 - MEDİA

Azərbaycanda qəzetlərin abunə və satışı elektron qaydada təşkil ediləcək.

 “E-köşk” elektron platforması rəqəmsal çap mediası məhsullarının abunə və satışının təşkil edildiyi proqram təminatıdır”. Ucnoqta.az xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov “E-köşk” qəzet və jurnalların rəqəmsal yayım platformasının təqdimat mərasimində deyib.

Onun sözlərinə görə, platforma ənənəvi çap mediasını hər kəs üçün daha əlçatan edir.

“E-köşk” platforması vasitəsi ilə oxucular ölkədə baş verən yeniliklərdən daim xəbərdar olmaqla yanaşı, sərbəst şəkildə rəqəmsallaşdırılmış arxivdən faydalana bilərlər”, - deyə nümayəndə bildirib.

Xəbər xətti