Hibrid və elektrik avtomobillərin idxalı artıb

Hibrid və elektrik avtomobillərin idxalı artıb

Ucnoqta.az xəbər verir ki, bu ilin yanvar-oktyabr ayları ərzində ölkəyə 119 748.94 min dollar dəyərində 9770 ədəd hibrid avtomobillər idxal olunub ki, bu da 2021-ci il ilin eyni dövrünün göstəricilərindən müvafiq olaraq 13.6 faiz və 8.5 faiz çoxdur.

Bununla yanaşı, cari ilin ilk 10 ayında dəyəri 12 746.32 min dollar təşkil edən 368 ədəd yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələri (elektromobillər) idxal olunub ki, bu da 2021-ci il ilin eyni dövrünün göstəricilərindən müvafiq olaraq 5 və 3.4 dəfə çoxdur. Təkcə bu ilin oktyabrında ölkəyə 2,603.64 min dollarlıq 67 elektromobil idxal olunub ki, bu da sentyabr ayının göstəricisini dəyər ifadəsində 2.4 dəfə, say baxımından isə 33 ədəd üstələyir.

Xatırladaq ki, Vergi Məcəlləsinə edilmiş dəyişikliyə əsasən, 1 yanvar 2022-ci ildən elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı ilə yanaşı, satışı, habelə həmin avtomobillər üçün 2-ci və 3-cü səviyyə elektrik enerji doldurucularının və istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı və satışı 3 il müddətinə ƏDV-dən azad edilmişdir. Qeyd edilən dəyişiklik nəticəsində ölkənin avtomobil sektorunda ekoloji baxımdan təhlükəsiz nəqliyyat vasitələrinin xüsusi çəkisi artacaqdır.

 

Tarix
24 Noyabr 2022 [13:14]
Müəllif
Üç nöqtə
2022-11-24 13:14:02
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin