"KTMT sammitində təəssüf ki, iki mühüm sənədlə bağlı ümumi qərara gəlmək mümkün olmadı".
Ucnoqta.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan KTMT bəyanatının imzalamamasının səbəbini izah edərkən deyib. Lakin o, İrəvanda KTMT çərçivəsində aparılan danışıqları müsbət hesab etdiyini deyib:
"Amma demək istəyirəm ki, çox açıq və səmimi müzakirə oldu və bu sənədlər təftiş üçün göndərildi. Ümid edirəm ki, biz ortaq məxrəcə gələ bilərik”, - deyə o bildirib.
O qeyd edib ki, sentyabrın 13-də Azərbaycanın "təcavüzü" ilə bağlı KTMT-nin reaksiyası ilə bağlı bəyanat qəbul olunmadığından Ermənistan bunu imzalamasa da ümumilikdə müzakirə müsbət olub.
“Rusiya ilə ikitərəfli danışıqları da müsbət hesab edirəm və ümid edirəm ki, əldə olunmuş razılaşmalar ən qısa zamanda həyata keçiriləcək”, - o deyib.
Qeyd edək ki, sentyabrın 13-də Ermənistan Ordusunun Azərbaycan-Ermənistan sərhədində törətdiyi təxribata cavab olaraq adekvat cavab verilib.