"Müasir dövrdə çap mediası çətinliklərlə üzləşib" - Kamran Həsənov

"Azərbaycanda çap mediasının üzləşdiyi əsas problem yayım və reklam məsələsi ilə bağlıdır".

Ucnoqta.az xəbər verir ki, bunu Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin kütləvi informasiya vasitələri ilə iş sektorunun müdiri Kamran Həsənov “E-köşk” qəzet və jurnalların rəqəmsal yayım platformasının təqdimat mərasimində bildirib.

Onun sözlərinə görə, bütün dünyada yeni texnologiyaların tətbiq edildiyi bir dövrdə media sahəsində də konseputal baxış tələb olunur:

"Müasir dövrdə bütün dünyada çap mediası çətinliklərlə üzləşib. Ölkəmizdə də bu belədir. Azərbaycanda əsas problem yayım və reklam məsələsi ilə bağlıdır. Ancaq hər zaman dövlətimiz medianın yanında olub. Hesab edirəm ki, belə dəstəyin göstərilməsi çox vacibdir”. 

Tarix
24 Noyabr 2022 [11:34]
Müəllif
Üç nöqtə
2022-11-24 11:34:54
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin